Trampdan 44 yaşlı qadın haqqında ŞOK SÖZLƏR: "O təlxəyin..."
Bizi izləyin

ABŞ

Trampdan 44 yaşlı qadın haqqında ŞOK SÖZLƏR: "O təlxəyin..."

ABŞ prezidenti Donald Tramp onun qaçqın siyasətinə etiraz əlaməti olaraq Nyu-York ştatında yerləşən 93 metr uzunluğunda Azadlıq heykəlinə dırmaşan qadınla bağlı şok açıqlama verib.

Publika.az xəbər verir ki, prezident “mən olsaydım, o təlxəyin özünü atmasına icazə verərdim. Xilasedici döşəkçəni sərib oturub gözləyərdim” ifadələrini işlədib.

Qeyd edək ki, Donald Tramp qaçqın siyasəti çərçivəsində ölkəyə qanunsuz olaraq keçən ailələrin uşaqlarını valideynlərindən ayıraraq ailələri yenidən ölkələrinə geri gönədirir. Minlərlə amerikalı da bu siyasətə etiraz əlaməti olaraq küçələrə axışaraq aksiya keçirir.

Aksiyalar çərçivəsində 44 yaşlı Konqo əsilli amerikalı vətəndaş Tereza Okoumou 4 iyun Amerikanın Azadlıq Bayramında amerikalıların azadlıq simvolu olan heykələ çıxaraq etirazını dilə gətirmişdi. O, qanunsuz və təhlükəli şəkildə ictimai əraziyə girmək, vəzifəli məmurların həyatını təhlükəyə atmaq və xalq arasında təxribat yaratmaqda ittiham olunaraq polis tərəfindən həbs edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm