Kəskin istilər yanğınlara səbəb oldu: Minlərlə insan İŞIQSIZ QALDI - Qurumlardan XƏBƏRDARLIQ
Bizi izləyin

ABŞ

Kəskin istilər yanğınlara səbəb oldu: Minlərlə insan İŞIQSIZ QALDI - Qurumlardan XƏBƏRDARLIQ

ABŞ-ın Kaliforniya əyalətində kəskin istilər kütləvi meşə yanğınlarına səbəb olub.

Publika.az xəbər verir ki, yanğın səbəbilə Los Anceles Kounti, San Fernando ,Valley, Oranj Kounti və İnlənd Empayr bölgələrində 20 000 mindən çox sakin elektriksiz qalıb.

San Dieqo bölgəsində yanğınlar insan həyatı üçün təhlükə daşıdığına görə fövqəladə vəziyyət elan edilib.

San Bernardino Milli Meşəsində çıxan Valley yanğını və Santa Barbara yaxınlığındakı Goleta bölgəsində çıxan Holiday yanğınlarına görə bölgədə məcburi təxliyə işlərinə başlanılıb. Bölgədə küləyin sürəti 73 km-ə çatdığından yanğın sürətlə yayılıb.

Bölgəni elektrik və su ilə təmin edən qurumlar əhaliyə qənaət etmələrinə dair xəbərdarlıq edib. Kəskin istilər səbəbilə həddindən artıq istifadə edilən soyuducu sistemlər elektrik verilişində kəsintilərə səbəb olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm