Vaşinqton Rusiyaya uduzduğunu ETİRAF ETDİ
Bizi izləyin

ABŞ

Vaşinqton Rusiyaya uduzduğunu ETİRAF ETDİ

Bir müddət əvvəl Rusiyaya səfər edən Amerika senatoru Ron Conson ABŞ-ın Moskvaya qarşı sanksiyalarının işləmədiyini bildirib.

Publika.az xəbər verir ki, bu haqda “Washington Examiner” qəzeti yazıb.

Conson qeyd edib ki, sanksiyalar, ən azından Moskvada dəhşətli iqtisadi effektə malik deyil.

“Düşünürəm ki, yalnız təzyiq altında Rusiyaya qarşı sanksiyaların həqiqətən yaxşı işlədiyini deyəcəksiniz”, - senator vurğulayıb.

O əlavə edib ki, Rusiya SSRİ-nin dağılması ilə itirilən təsirini bərpa etmək istəyir:

“Əgər kimsə bunu istəmirsə, güclü müdafiə lazımdır. Amma bu o demək deyil ki, biz düşmən olmalıyıq”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm