Pompeo: “Pxenyan denuklearizasiyaya sadiqdir”
Bizi izləyin

ABŞ

Pompeo: “Pxenyan denuklearizasiyaya sadiqdir”

Koreya Xalq Demokratik Respublikası (KXDR) son iki gündə Pxenyanda aparılam danışıqlarda denuklearizasiyaya səfaqətini təsdiq etdi.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda 6-7 iyun tarixlərində Pxenyanda səfərdə olan ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

Dünən KXDR ABŞ-ın dövlət katibi Maykl Pompeonun da qatıldığı nüvə danışıqları ilə əlaqədar sərt bir bəyanat verib. Şimali Koreyanın Xarici İşlər Nazirliyi danışıqlarda ABŞ tərəfinin mövqeyinə görə məyusluğunu ifadə edib.

“ABŞ-ın iki tərəf üçün də güvən yaradacaq təkliflərlə gəlməsini gözləyirdik. ABŞ-ın davranışı bizdə peşmançılıq yaratdı”, - nazirliyin bəyanatında deyilir.

KİV-in yazdığına görə, Maykl Pompeonun Pxenyana səfəri Şimali Koreya lideri Kim Çen Inla görüşsüz başa çatıb. Pompeo KXDR-in Əmək Partiyasının Mərkəzi Komitəsinin sədri Kim Yon Çxolla görüşüb.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kimi Çen In arasında görüş keçirilib. Tərəflər görüşün nəticəsi olaraq razılaşma imzalayıblar. Razılaşma Koreya yarımadasının tam nüvəsizləşdirilməsini nəzərdə tutur.

Diplomatik mənbələrə istinadən “Kiodo” agentliyinin yazdığına görə, Şimali Koreya və ABŞ liderləri arasında ikinci yüksək səviyyədə görüş İsveçrədə - Bern, Cenevrə və ya Davosda ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm