ABŞ bu tarixdə Ayı işğal edəcək – Kosmik müharibəyə aparan PLANIN DETALLARI
Bizi izləyin

ABŞ

ABŞ bu tarixdə Ayı işğal edəcək – Kosmik müharibəyə aparan PLANIN DETALLARI

Yer planetinin təbii peyki Ayın mənimsənilməsi üzrə missiyanı ən yaxın 5 il ərzində başlamağı təklif edirlər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ayın müstəmləkələşdirilməsində iştirak etmək üçün ABŞ-ın “Blue Origin” şirkəti nümayəndələri cəlb edir.

“Blue Moon” uçuş aparatı ilə bağlı layihənin üzərində artıq mühəndislər işləyirlər. İnformasiya şirkətin inkişaf üzrə kommersiya direktoru A. Çaraniya tərəfindən təsdiq edilib.

Şirkətin istehsalçıları tərəfindən təqdim edilmiş layihəyə əsasən, uçuş qurğusu 5 ton çəkiyə hesablanıb. Çaraniyanın sözlərinə görə, birinci kolonistlərin Aya göndərilməsindən əvvəl, alimlərə kosmik obyektin mənşəyinin sirrini aydınlaşdırmaq üçün bir neçə sınaq keçirməli olacaq,. Yalnız bundan sonra peykin mənimsənilməsi başlanacaq.

Qarşıya qoyulan vəzifələrə Ayda faydalı qazıntıların axtarışı və çıxarılması da daxil olacaq.

Şirkətin başçısı lıq edən Ceff Bezosun fikrincə, Yer sakinləri Ayı müstəmləkələşdirməyi və onu özlərinin ikinci evinə çevirməyi bacaracaqlar. Göstərilmiş hədəfi reallaşdırmaq üçün, yalnız NASA-nın köməyi deyil, həm də hakimiyyətin razılığının alınması lazım olacaq, axı məhz dövlət layinənin əyata keçirilməsi üçün podratçıları cəlb edə bilər.

ABŞ-ın Aya marağına diqqət çəkən ekspertlər isə hesab edirlər ki, təbii peyk gələcəkdə Amerikanın hərbi bazalarına ev sahibliyi edə bilər. Bunun isə kosmik məkanda qızğın silahlanmaya və kosmik müharibələrə gətirib çıxaracağı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm