Miqrant uşaqlarla bağlı Trampın xahişi rədd edildi
Bizi izləyin

ABŞ

Miqrant uşaqlarla bağlı Trampın xahişi rədd edildi

Los-Ancelesdə federal hakim mövcud qaydalara dəyişikliklər edilməsi və 20 gündən çox müddət üçün immiqrantların uşaqlarının tutulmasına formal imkan verilməsi ilə bağlı ABŞ prezidenti Donald Tramp administrasiyasının xahişini rədd edib.

Publika.az xəbər verir ki, bu haqda “Politico” nəşri bildirib.

“Görünür ki, cavabdehlərin sifarişi abırsız Konqresin 20 illik fəaliyyətsizliyi və icra hakimiyyətinin düşünülməmiş hərəkətləri üçün məsuliyyəti hakimiyyətin məhkəmə budağına daşımaq cəhdidir”, - hakim Dolli Dji bildirib.

Ötən ay ABŞ-ın baş prokurorunun hüquq məsləhətçisi Djin Xamilton bildirmişdi ki, ABŞ administrasiyası Konqresi immiqrasiya üzrə təcili hərəkətlərə çağırır. O qeyd edib ki, administrasiya uşaqlar və valideynlərin 20 gündən çox müddətə tutulmasına formal imkan verilməsi xahişi ilə məhkəməyə müraciət edəcək.

Apreld ayında elan edilmiş “sıfır dözüm” siyasətinə əsasən, Amerika hakimiyyəti sərhədi qeyri-qanuni keçən uşaqlı ailələri məcburi şəkildə saxlayır, sonra valideynləri izolyatorlara, uşaqları isə xüsusi saxlama mərkəzlərinə göndərirlər. May-iyun aylarında iki mindən çox uşaq saxlanılıb. Ailələrin ayrılması haqqında məsələ genişmiqyaslı böhrana keçib.

Daha sonra Tramp qanunsuz immiqrantların ailələrinin ayrılması təcrübəsini dayandıran fərmanı imzalayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm