ABŞ
ABŞ müharibənin ikinci mərhələsinə hazırlaşır – Bütün dünyanı FƏLAKƏTƏ SÜRÜKLƏYƏCƏK
Amerika hakimiyyəti Çin mallarına 200 milyard dəyərində növbəti rüsumları tətbiq etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “The Wall Street Journal” nəşri bildirib.
Xatırladaq ki, ABŞ hökuməti iyulun 6-da 34 milyard dollar dəyərində qiymətləndirilən Çinin 800-dən çox məhsuluna 25 faiz həcmində gömrük vergisi tətbiq etməyə başlayıb. Çin elə həmin gün ABŞ-ın gömrük rüsumlarına qarşı cavab addımı atıb. Pekin ABŞ-ın 800 məhsulunun idxalına 25 faizlik gömrük rüsumu tətbiq edib.
Çin Gömrük İdarəsinin verdiyi məlumata görə, rüsumların ümumi məbləği 34 milyard dollar təşkil edir.
ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Pekin cavab addımları atdığı halda, Birləşmiş Ştatlar 450 milyard dollar dəyərində olan Çin məhsullarına tarif tətbiq edəcək.
Ekspertlər xəbərdarlıq edirlər ki, iki qüdrətli ölkənin ticarət məsələsində razılığa gəlməməsi qlobal iqtisadiyyata ciddi təsir edəcək və beynəlxalq ticarət müharibəsinə səbəb olacaq.
Ömər
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR