Tramp: “Bu ədalətli deyil, biz nəsə fikirləşəcəyik”
Bizi izləyin

ABŞ

Tramp: “Bu ədalətli deyil, biz nəsə fikirləşəcəyik”

NATO üzvlərinin ABŞ-a münasibəti ədalətsizdir.

Publika.az xəbər verir ki, bu haqda Amerika lideri Donald Tramp “Fox News” telekanalına bildirir.

“NATO-nun bizə münasibəti ədalətli deyil. Amma düşünürəm ki, biz nəsə fikirləşəcəyik. Biz daha çox ödəyirik, amma onlar (ittifaqın başqa üzvləri –red.) həddən artıq az ödəyirlər”, - o deyib.

Tramp daha əvvəl bildirib ki, NATO ölkələri ABŞ-ın müdafiəyə xərclədiyi vəsaitlərin əvəzini verməlidir.

Qeyd edək ki, ötən həftə yayılan xəbərə görə, ABŞ prezidenti NATO üzrə bir sıra müttəfiqlərin liderlərinə məktublar göndərib. “The New York Times” qəzetinin yazdığına görə, Ağ Evin başçısı müttəfiqlərini ittifaq çərçivəsində müdafiəyə həddən artıq az pul ayırdığı üçün tənqid edib. Tramp bildirib ki, bu, ittifaqın təhlükəsizliyini təhdid edir.

Qəzet yazır ki, Tramp ötən ay da belə məktubları Almaniya, Kanada, Belçika və Norveç daxil olmaqla, ittifaq ölkələrinin liderlərinə göndərib. Trampın sözlərinə görə, müttəfiqlərin müdafiəyə daha az pul ayırmasınının səbəbini ABŞ vətəndaşlarına izah etmək Vaşinqton administrasiyası üçün gələcəkdə daha çətin olacaq.

Xatırladaq ki, 2014-cü ilin sentyabrında NATO-nun Uelsdə sammitində ittifaq ölkələrinin liderləri 10 il ərzində hərbi xərclərin ümumi daxili məhsulun 2 faizindən yuxarı qaldırılması barədə öhdəlik götürüblər. Hazırda NATO-nun yalnız 8 üzvü müdafiəyə ümumi daxili məhsulun 2 faizindən çoxunu xərcləyirlər. ABŞ-ın hərbi büdcəsi isə ümumi daxili məhsulun təxminən 3,58 faizini təşkil edir. Bu Almaniyada 1,2 faizdir.

Tramp 11-12 iyul tarixlərində Brüsseldə NATO-nun növbəti sammitində bu məsələni qaldıracağına söz verib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm