Tramp Kim Çenin məktubunu dərc etdi - FOTO
Bizi izləyin

ABŞ

Tramp Kim Çenin məktubunu dərc etdi - FOTO

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Amerika prezidenti Donalda Trampa məktub yazıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Ştatların prezidenti məktubu Tvitter səhifəsində dərc edib.

Məktubda iyunun 12-də ABŞ və KXDR liderlərinin Sinqapurda keçirilən görüşündə əldə olunmuş razılaşmaların icrası yüksək qiymətləndirilib. Şimali Koreya lideri iki ölkə arasında münasibətlərin yaxşılaşması üçün Trampın təşəbbüs etdiyi səylər “enerjili və görünməmiş” adlandırıb.

Bundan başqa, Kim Çen In ümidini ifadə edib ki, ABŞ-ın və KXDR administrasiyalarının ümumi qeyri-adi səyləri iki liderin yeni görüşünə gətirib çıxaracaq. Şimali Koreya lideri həmçinin əlavə edib ki, birgə səylər iki ölkə üçün yeni perspektivləri açacaq və məhsuldar olacaq.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm