.jpg)
ABŞ prezidenti Donald Tramp NATO-nun Brüsseldə keçirilən sammitində Albaniya, Gürcüstan, İtaliya, Xorvatiya və Ukrayna liderləri ilə görüşüb.
Bu barədə TASS-a Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib.
"Bu gün prezident Ukrayna, Gürcüstan, Xorvatiya, Albaniya və İtaliya liderləri ilə qısa görüşlər keçirdi. NATO sammitinin planlaşdırılmamış sessiyasına görə Rumıniyanın lideri ilə görüş alınmadı. Müdafiə naziri Ceyms Mettis və dövlət katibi Maykl Pompeo azərbaycanlı həmkarları ilə görüşdülər", - deyə o qeyd edib.
Ağ Ev danışıqların məzmununu açıqlamayıb (Report.az).