ABŞ
Putin-Tramp görüşünün formatı açıqlandı
Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın Helsinki görüşü iyulun 16-da yerli vaxtla saat 13:00-də (Bakı vaxtı ilə saat 14:00-da –red.) başlanacaq və prezident sarayında keçiriləcək.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Uşakov qeyd edib ki, Putin Helsinkiyə iyulun 16-da, Tramp isə daha əvvəl gələcək.
“Prezidentlərin görüşünün nə qədər davam edəcəyini bilmirik. Heç bir limit yoxdur”, - o əlavə edib.
Uşakov bildirib ki, görüş tərcüməçilərin iştirakı ilə təkbətək başlanacaq. Daha sonra isə işçi yeməyi formatında Rusiya-ABŞ danışıqları olacaq və nümayəndə heyətlərinin bəzi üzvləri iştirak edəcəklər.
“Sonra isə liderlər birgə mətbuat konfransını keçirəcəklər. Prezidentlərin çıxışları nəzərdə tutulub və sonra liderlər dörd suala cavab verəcəklər. Bu, mətbuat konfransları üçün tipik formatdır”, - Uşakov vurğulayıb.
Ömər
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı