ABŞ 12 rusiyalı üçün “İnterpol”a müraciət edə bilər
Bizi izləyin

ABŞ

ABŞ 12 rusiyalı üçün “İnterpol”a müraciət edə bilər

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxilədə ittiham edilmiş 12 rusiyalının ekstradisiyasını tələb etmək çətin “İnterpol”a (Beynəlxalq Cinayət Polisi İdarəsi) müraciət edə bilər.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidentinin məsləhətçisi Con Bolton bildirib.

“Demokratların təmsilçiləri olan senatorlar ekstradisiyaya çağırırlar. Amma ABŞ və Rusiya arasında ekstradisiya haqqında müqavilə yoxdur. Amma ABŞ, görünür, hansısa addımlara təşəbbüs edəcək. Bu, həmişə mümkündür. Biz “İnterpol”a müraciət edə bilərik. Polisimizin başçısı rusiyalıların başqa ölkələrdə həbsi haqqında “İnterpol”a göstərişlər onları verə bilər", - Bolton ABC telekanalının efirində bildirib.

Xatırladaq ki, ABŞ-ın Ədliyyə Nazirliyi 2016-cı ildə keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsi üzrə araşdırma çərçivəsində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) 12 əməkdaşına qarşı yeni ittihamlar irəli sürüb. Ədliyyə Nazirliyi tərəfindən yayılmış mətndə deyilir ki, Rusiyanın xüsusi xidmət orqanlarının 12 əməkdaşı ABŞ-ın Demokratlar Partiyasının kompüter şəbəkəsinə haker hücumlarda ittiham edilir. Sənədə əsasən, onlar məxfi informasiyanı qanunsuz alır və onu elan edirdilər.

Hazırda Rusiyanın seçkilərə ehtimal edilən müdaxilə üzrə iş həm xüsusi prokuror, həm də ABŞ Senatı və Nümayəndələr Palatasının kəşfiyyat komitələrində araşdırılır. Rusiyanın seçkilərə müdaxiləsi və prezident Donald Trampın Rusiya ilə ehtimal edilən əlaqələri həm Ağ Evdə, həm də Kremldə təkzib edilir. Rusiya ittihamları sübutsuz adlandıraraq rədd edir.

Qeyd edək ki, iyulun 16-da Helkinkidə ABŞ prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə görüşü planlaşdırılır. QRU-nun əməkdaşlarına qarşı irəli sürülən ittihamlar görüş öncəsi ab-havaya mənfi təsir edə bilər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm