ABŞ prezidenti: “İrana təzyiq göstərmək vacibdir”
Bizi izləyin

ABŞ

ABŞ prezidenti: “İrana təzyiq göstərmək vacibdir”

"Bizim açıq və məhsuldar dialoqumuz oldu. Dialoq təkcə ABŞ üçün deyil, həm Rusiya, həm də bütün dünya üçün yaxşıdır. Bugünkü görüş uzun prosesin başlanğıcıdır".

Bunu ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Tramp rusiyalı həmkarı ilə İrana təzyiq göstərilməsi məsələsini müzakirə etdiyini söyləyib: "Suriya məsələsini müzakirə etdik. Bu çox çətin məsələdir. ABŞ imkan verməyəcəyik ki, İran İŞİD-ə qarşı uğurlu kampaniyamızdan istifadə etsin. İrana nüvə planları ilə bağlı təzyiq göstərmək vacibdir. İranın Yaxın Şərqdə nüvə planlarının qarşısını almaq üçün bu ölkəyə təzyiq göstərməyin vacibliyini vurğulamışam", - ABŞ-ın lideri deyib (APA).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm