"Dərin dövlət"dən Trampa SÜRPRİZ - Casus qalmaqalının PƏRDƏARXASI
Bizi izləyin

ABŞ

"Dərin dövlət"dən Trampa SÜRPRİZ - Casus qalmaqalının PƏRDƏARXASI

Vaşinqtonda Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən Rusiya vətəndaşı Mariya Butina saxlanılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Ədliyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, Butin Amerika siyasətinə təsir edən təşkilatlara girməyi planlaşdırırdı. Qeyd edilir ki, rusiyalı iyulun 15-də saxlanılmışdı.

“Vaşinqtonda yaşayan 29 yaşlı Mariya Butina 15 iyul 2018-ci ildə Vaşinqtonda saxlanmışdı və ilk dəfə bu gün Kolumbiya dairəsinin məhkəməsində hakim Debor Robinsoyun qarşısında durdu. 18 iyul 2018-ci il tarixindəki dinləmələrə qədər barəsində həbs qərarı verilib”, - bəyanatda deyilir.

İttihamnaməyə əsasən, Butina 2015-ci ildən ən azı 2017-ci ilin fevralına qədər Rusiya hökumətinin yüksək vəzifəli rəsmi şəxsinin sərəncamı ilə işləyirdi. İddiaya görə, həmin şəxs daha əvvəl Rusiya parlamentinin deputatı idi və sonra Rusiyanın Mərkəzi Bankının yüksək vəzifəli nümayəndəsi olub. Onun hazırda ABŞ Maliyyə Nazirliyinin sanksiyalarının altında olduğu bildirilir.

Sözügedən rəsmi şəxsin adı açıqlanmır, ancaq daha əvvəl ABŞ KİV-i güman edirdi ki, Butina Rusiya Mərkəzi Bankının başçısının müavini Aleksandr Torşinlə bağlıdır.

Butina ABŞ-da Amerika siyasətinə təsirə malik olan şəxslərlə əlaqələri inkişaf etdirməkdə və təşkilatlar nüfuz etməkdə ittiham edilir.

“O, Rusiya hökumətinin agenti kimi hərəkət edirdi”, - bəyanatda deyilir.

Nazirlik dəqiqləşdirib ki, Butinanı beş il həbs cəzası gözləyir.

Rusiya və ABŞ arasında növbəti casus qalmaqalının isə iki ölkə liderləri - Vladimir Putin və Donald Tramp arasında Helsinkidə baş tutan görüşlə üst-üstə düşməsi isə müəyyən suallar yarada bilər. Casus qalmaqalının Trampın Rusiya ilə yaxınlaşmasını istəməyən və "dərin dövlət" adlandırılan qüvvələrin Ağ Evin liderinə sürprizi olması istisna edilmir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm