Faciəli səhv və kapitulyasiya – Putinlə Trampın görüşünə QISA ŞƏRH
Bizi izləyin

ABŞ

Faciəli səhv və kapitulyasiya – Putinlə Trampın görüşünə QISA ŞƏRH

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol və Amerika senator Con Makkeyn Helsinkidə Rusiya və ABŞ liderləri - Vladimir Putin və Donald Tramp arasında keçirilən görüşdə Ağ Evin başçısının davranışını tənqid ediblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Makfol Putinin qələbə qazandığını bildirib.

“Putin Helsinkidə fantastik qələbə qazandı. Trampdan gözləntilər çox aşağı idi. Ondan heç olmasa, hansısa bir müqavimətin göstərilməsi tələb olunurdu. O, bunu etməməyə qərar verdi və ümidləri boşa çıxardı” – keçmiş səfir Tvitterdə yazıb.

Con Makkeyn isə iki prezidentin sammitini “faciəli səhv” adlandırıb.

“Helsinkidə mətbuat konfransında Trampın çıxışı insanların yaddaşında ABŞ prezidentinin ən biabırçı çıxışlarından biri idi. Aydındır ki, Helsinkidə sammit faciəli səhv idi”, - Makkeyn deyib.

Onun sözlərinə görə, Trampın davranışıyla vurulmuş zərəri hesablamaq çətindir:

“Prezident Tramp yalnız bacarıqsız olduğunu nümayiş etmədi, həm də göstərdi ki, Putinə müqavimət göstərməyi arzu etmir. Görünür, Tramp və Putin, bir ssenari üzrə danışırdılar”.

Makkeyn əlavə edib ki, səlahiyyətli məsləhətçilər Helsinkidə Trampı müşayiət edirdilər, ancaq ABŞ prezidenti “ağrılı və izahedilməz səhvləri ilə kapitulyasiya”nı qəbul etdi.

Senator Çak Şumer isə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi üçün çağırış edib. Şumer Helsinki görüşündə iştirak edən Donald Tramp və Milli Təhlükəsizlik Şurasının əməkdaşlarının Konqresdə ifadə verməli olduqlarını bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm