• USD 1,7000 0,00% EUR 1,8883 +0,22%
    • GBP 2,2364 +0,31% RUB 0,0267 +0,37%

ABŞ-da saxlanılan rusiyalı casusun FOTOLARI

  • ABŞ
  • 17 İyul 2018 03:00
  • 1 794 Baxış
ABŞ-da saxlanılan rusiyalı casusun FOTOLARI

Vaşinqtonda Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən Rusiya vətəndaşı Mariya Butina saxlanılıb. ABŞ-ın Ədliyyə Nazirliyinin məlumatına görə, Butina 2015-ci ildən ən azı 2017-ci ilin fevralına qədər Rusiya hökumətinin yüksək vəzifəli rəsmi şəxsinin sərəncamı ilə işləyirdi.

İddiaya görə, həmin şəxs daha əvvəl Rusiya parlamentinin deputatı idi və sonra Rusiyanın Mərkəzi Bankının yüksək vəzifəli nümayəndəsi olub. Onun hazırda ABŞ Maliyyə Nazirliyinin sanksiyalarının altında olduğu bildirilir.

Sözügedən rəsmi şəxsin adı açıqlanmır, ancaq daha əvvəl ABŞ KİV-i güman edirdi ki, Butina Rusiya Mərkəzi Bankının başçısının müavini Aleksandr Torşinlə bağlıdır.

Butina ABŞ-da Amerika siyasətinə təsirə malik olan şəxslərlə əlaqələri inkişaf etdirməkdə və təşkilatlar nüfuz etməkdə ittiham edilir.

Publika.az Rusiya KİV-inə istinadən Mariya Butinanın fotolarını təqdim edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR