“Trampla bağlı bu haqda danışmağa qorxuram” – Rusiya səfiri
Bizi izləyin

ABŞ

“Trampla bağlı bu haqda danışmağa qorxuram” – Rusiya səfiri

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşdə əldə olunmuş razılaşmaları siyasi isteblişment və KİV-in sərt müqavimətinə görə yerinə yetirə bilməyəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov bildirib.

“Mən hətta indi sizinlə Amerika prezidenti barəsində pozitiv danışmağa qorxuram. Çünki, Amerika jurnalistləri və ya siyasətçiləri mənim müsahibəmi oxuyaraq deyəcəklər ki, Rusiya yenə də daxili işlərə qarışır və Donald Trampa yardım göstərir, budur hər şey təsdiqləndi”, - diplomat əlavə edib.

Onun sözlərinə görə, Tramp üçün çox çətin olacaq.

Qeyd edək ki, Tramp və Putin arasında görüş iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə görüşüb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm