Tramp Merkeli “super ulduz” rütbəsindən məhrum etdi
Bizi izləyin

ABŞ

Tramp Merkeli “super ulduz” rütbəsindən məhrum etdi

“Almaniyanın kansleri Angela Merkel daha super ulduz deyil”.

Publika.az xəbər verir ki, kanslerlə bağlı belə qiymətləndirməni “Fox News” telekanalına müsahibəsində ABŞ-ın prezidenti Donald Tramp edib.

Trampın fikrincə, miqrasiya böhranı Merkelin imicinə böyük zərər vurdu. Ağ Evin lideri hesab edir ki, Berlin hakimiyyəti miqrant böhranının öhdəsindən gəlməyi bacarmadı.

Qeyd edək ki, Merkel və Trampın münasibətlərində kanslerin “Şimal axını-2” qaz kəməri layihəsi ilə bağlı mövqeyinə görə soyuqluq yaranıb.

Amerika lideri Brüsseldə keçirilən NATO-nun sammitində (iyulun 11-də) alyansın baş katibi Yens Stoltenberqlə işgüzar yeməyin gedişatında bildirib ki, Almaniya Moskvanın nəzarəti altındadır, çünki təbii qaz üçün Rusiyaya milyardlar ödəyir”.

Onun sözlərinə görə, bu halda, ABŞ Almaniyanı müdafiə etməyə məcbur deyil.

“Almaniya Rusiyaya ildə milyardlarla dollar ödəyir və biz bu ölkəni Rusiyadan müdafiə edirik. Onlar qaz kəmərini (“Şimal axın-2” - red.) tikirlər. Kəmərin hədəfi Rusiyanın xəzinəsinə milyardlarla dollar ödəməkdir. Hesab edirəm ki, bu, tamamilə qəbuledilməzdir”, - Amerika prezidenti qeyd edib.

O xatırladıb ki, Almaniyanın sabiq kansleri Herxard Şreder Rusiyanın “Rosneft” şirkətinin Direktorlar Şurasının sədridir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm