• USD 1,7000 0,00% EUR 1,8841 +0,07%
    • GBP 2,2294 +0,92% RUB 0,0266 +0,38%

“İnaqurasiyadan iki həftə əvvəl…” – Bu iddia Trampın siyasi karyerasına SON QOYA BİLƏR

  • ABŞ
  • 19 İyul 2018 15:36
  • 627 Baxış
“İnaqurasiyadan iki həftə əvvəl…” – Bu iddia Trampın siyasi karyerasına SON QOYA BİLƏR

ABŞ kəşfiyyatı Donald Trampa prezident vəzifəsinin icrasına başlamazdan 2 həftə əvvəl Rusiyanın seçkilərə müdaxiləsi haqqında məxfi məruzə təqdim edib.

Publika.az xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən “The New York Times” qəzeti bildirib.

Məruzədə 2016-cı ildə prezident seçkilərinə təsir etmək məqsədi ilə Rusiyanın müdaxiləsindən danışılır. Sübutlar Rusiya zabitlərinin elektron yazışmaları və məktublarından ibarət idi. İnformasiyanı həmçinin Kremlə yaxın əlaqələrə malik olan “tam məxfi mənbə” vermişdi. Mənbə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə Kremlin müdaxiləni necə etdiyinə dair məlumat verib.

Trampla kəşfiyyatın görüşündə olan bir neçə mənbənin məlumatına görə, ABŞ prezidenti ona təqdim olunmuş məruzəyə həvəssiz yanaşırdı. Baxmayaraq ki, kəşfiyyatın liderləri məruzənin nəticələrini yekdilliklə qəbul etmişdilər. Nəşr yazır ki, Tramp ona təqdim olunmuş nəticələri o vaxtdan gizlətməyə çalışırdı.

“Trampın belə davranışı sübut edir ki, o, Vladimir Putinlə Helsinkidəki görüşü zamanı ABŞ-dakı seçkilərə müdaxilələrlə bağlı Rusiya tərəfinin inkarını qəbul etdi”, - “The New York Times” qedd edib.

Qeyd edək ki, Tramp Putinlə mətbuat konfransında “Rusiyanın seçkilərə müdaxiləsi haqqında araşdırma bizim ölkəmiz üçün fəlakətdir” söyləmişdi. Lakin ölkəsində bu açıqlamasına görə sərt tənqid olunandan sonra, CBS telekanalına müsahibəsində müdaxilənin olduğunu, lakin müdaxilənin seçkilərin nəticələrinə təsir etmədiyini bildirmişdi.

Rusiya Amerikadakı seçki prosesinə müdaxilə etdiyi barədə iddiaları qətə şəkildə inkar edir.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR