"Putini səbirsizlikə gözləyirəm" - Tramp
Bizi izləyin

ABŞ

"Putini səbirsizlikə gözləyirəm" - Tramp

“Terrorizmlə mübarizə və İsrailin təhlükəsizliyi də daxil olmaqla, Rusiya lideri Vladimir Putinlə birinci görüşdə müzakirə edilən məsələlərin reallaşdırılmasına başlamaq üçün ikinci görüşümüzü səbirsizliklə gözləyirəm”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.

Bundan başqa, o qeyd edib ki, Putinlə Ukrayna, Yaxın Şərq və Koreya Xalq Demokratik Respublikası ətrafındakı vəziyyəti, həmçinin kiberhücumlara qarşı mübarizə məsələlərini müzakirə etmək niyyətindədir.

Qeyd edək ki, Putin və Tramp arasında tam formatlı ilk görüş Helsinkidə iyulun 16-da keçiriblər. ABŞ prezidenti danışıqları münasibətlərin normallaşması üçün “yaxşı başlanğıc” adlandırıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm