Konqresə Türkiyə ilə bağlı GİZLİ MƏKTUB
Bizi izləyin

ABŞ

Konqresə Türkiyə ilə bağlı GİZLİ MƏKTUB

ABŞ-ın müdafiə naziri Ceyms Mettis Konqresə Türkiyə ilə bağlı gizli məktub göndərib.

Publika.az xəbər verir ki, “Blomberg” agentliyinin yazdığına görə, müdafiə naziri “F-35” qırıcılarının Türkiyəyə çatdırılmasının blok edilməsinin beynəlxalq tədarük zəncirini poza biləcəyini söyləyib.

Mettis məkbunda bildirib ki, beynəlxalq tədarük zəncirinin pozulması nəticədə qırıcının maya dəyərinin artmasına və təslimatların gecikməsinə səbəb ola bilər. O, Konqres üzvlərini Türkiyənin “F-35” təyyarələri alan 8 əsas ölkədən biri olduğunu xatırladıb.

Qeyd edək ki, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri alması səbəbiylə Ankara ilə Vaşinqton arasında yaşanan böhrana baxmayaraq, Türkiyəyə ilk “F-35A” iyunun 21-də təslim edilib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm