ABŞ tammiqyaslı müharibəyə hazırlaşır – Tramp canlı yayımda ELAN ETDİ
Bizi izləyin

ABŞ

ABŞ tammiqyaslı müharibəyə hazırlaşır – Tramp canlı yayımda ELAN ETDİ

ABŞ ehtiyac yaranacağı halda, Çindən idxal olunan bütün məhsullara rüsumları tətbiq etməyə hazırdır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp CNBC telekanalına müsahibəsində bildirib.

“Mən 500 milyard dollarlıq rüsumları tətbiq etməyə hazıram. Mən bunu siyasətə görə deyil, ölkəmiz üçün faydalı şeyləri etmək üçün edirəm. Biz Çin tərəfindən çoxdan aldadılmışıq”, - prezident birbaşa yayımda deyib.

Statistikaya əsasən, 2017-ci ildə ABŞ Çinə 129,9 milyard dollarlıq məhsul ixrac etdiyi halda, Çinin ABŞ-a ixracı 505,5 milyard dollar təşkil edib.

Xatırladaq ki, ABŞ hökuməti iyulun 6-da 34 milyard dollar dəyərində qiymətləndirilən Çinin 800-dən çox məhsuluna 25 faiz həcmində gömrük vergisi tətbiq etməyə başlayıb. Çin elə həmin gün ABŞ-ın gömrük rüsumlarına qarşı cavab addımı atıb. Pekin ABŞ-ın 800 məhsulunun idxalına 25 faizlik gömrük rüsumu tətbiq edib.

Çin Gömrük İdarəsinin verdiyi məlumata görə, rüsumların ümumi məbləği 34 milyard dollar təşkil edir.

Ötən həftə mənbələrə istinadən “The Wall Street Journal” nəşri bildirib ki, Amerika hakimiyyəti Çin mallarına 200 milyard dəyərində növbəti rüsumları tətbiq etməyə hazırlaşır.

Ekspertlər xəbərdarlıq edirlər ki, iki qüdrətli ölkənin ticarət məsələsində razılığa gəlməməsi qlobal iqtisadiyyata ciddi təsir edəcək və beynəlxalq ticarət müharibəsinə səbəb olacaq.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm