Lavrov və Pompeo arasında AGENT SÖHBƏTİ
Bizi izləyin

ABŞ

Lavrov və Pompeo arasında AGENT SÖHBƏTİ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında telefon danışığı olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, xarici siyasət idarələrinin başçıları Mariya Butinanın Rusiyanın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılmasını müzakirə ediblər.

Məlumata görə, Lavrov Rusiya vətəndaşının tezliklə azad edilməsini istəyib.

Qeyd edək ki, Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən Rusiya vətəndaşı iyulun 16-da saxlanılıb. ABŞ-ın Ədliyyə Nazirliyinin məlumatına görə, Butina 2015-ci ildən ən azı 2017-ci ilin fevralına qədər Rusiya hökumətinin yüksək vəzifəli rəsmi şəxsinin sərəncamı ilə işləyirdi.

Rəsmi açıqlamaya görə, Butina ABŞ-da Amerika siyasətinə təsirə malik olan şəxslərlə əlaqələri inkişaf etdirməkdə və təşkilatlar nüfuz etməkdə ittiham edilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm