Trampın təhlükəsizlik xidməti Putinin hədiyyəsini yoxladı
Bizi izləyin

ABŞ

Trampın təhlükəsizlik xidməti Putinin hədiyyəsini yoxladı

ABŞ-ın məxfi xidməti prezident Donalda Trampa Helsinkidə sammit zamanı Rusiya lideri Vladimir Putin tərəfindən hədiyyə edilmiş futbol topunu yoxlayıb.

Publika.az “Assoşieyted Press” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Milli kəşfiyyatının başçısı Daniel Kouts bildirib.

Onun sözlərinə görə, top çox diqqətlə tədqiq edilib. Daniel Kouts qeyd edib ki, prezidentin aldığı bütün hədiyyələr yoxlamadan keçir.

Amerika senatoru Lindsi Qrem bildirib ki, Vladimir Putinin Donald Trampa hədiyyə etdiyi futbol topu yoxlanılmalıdır, çünki onda gizli dinləmə qurğuları ola bilər.

Qeyd edək ki, bu gün Putin Helsinkidə Trampla danışıqlardan sonra keçirilən mətbuat konfransında ABŞ prezidentinə futbol topunu hədiyyə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm