Agent ABŞ-ın maliyyə institutlarını necə tora salırdı? - Rusiyalı “tələbə” barədə YENİ İDDİALAR
Bizi izləyin

ABŞ

Agent ABŞ-ın maliyyə institutlarını necə tora salırdı? - Rusiyalı “tələbə” barədə YENİ İDDİALAR

ABŞ-da həbs edilmiş rusiyalı Mariya Butina Federal Ehtiyatlar Sisteminin (FES) başçıları və Maliyyə Nazirliyinin məmurları ilə 2015-ci ildə görüşlərdə iştirak edirdi.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.

Agentliyin məlumatına görə, bu, Butinanın ABŞ-da daha əvvəl açıqlanandan daha geniş əlaqələrə malik olduğunu göstərir. Qeyd edilir ki, tədbirlər 2015-ci ilin aprelində keçirilib. Bu zaman Butina Rusiyanın Mərkəzi Bankının sədr müavini Aleksandr Torşinlə ABŞ-da işgüzar səfərdə idi. Həmin vaxt Butina Torşinin köməkçisi işləyirdi.

​Rusiyalılar həmin vaxt FES-in sədr müavini vəzifəsini tutan Stenli Fişerlə və ABŞ-ın maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini olan Natan Şitsa ilə görüşlər keçiriblər.

Hər iki görüş Vaşinqton Milli Maraqların Analitik Mərkəzi (Center for The National Interest) tərəfindən təşkil edilmişdi. “Röyters” qeyd edir ki, analitik mərkəz rusiyayönlü baxışları tez-tez müdafiə edir. Görüşlər “ABŞ və Rusiyanın maliyyə institutlarının aparıcı nümayəndələrini birləşdirmək” məqsədi ilə keçirilirdi.

Qeyd edək ki, Mariya Butina Vaşinqtonda iyulun 16-da saxlanılıb. İki gün sonra o, Rusiya kəşfiyyatı ilə əlaqələrdə ittiham edilərək həbs olunub.

ABŞ-ın Ədliyyə Nazirliyi hesab edir ki, Butina 2015- 2017-ci illərdə yüksək vəzifəli Rusiya məmuruna işləyirdi. İstintaqın məlumatına görə, Butinanı ABŞ-a Rusiyanın Mərkəzi Bankının direktor müavini, prezident Vladimir Putinin yaxın ətrafının nümayəndəsi göndərib. Məlumata görə, söhbət Aleksandr Torşindən gedir. O, daha əvvəl Rusiya parlamentinin deputatı idi, hazırda isə ABŞ Maliyyə Nazirliyinin sanksiyalarının altındadır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Prokurorluğun versiyasına görə, Butina 2016-cı ildə tələbə vizası ilə ABŞ-a təhsil almağa gəlib. O, Kremlin xeyrinə Amerika məmurları ilə əlaqələri qaydaya salırdı.

Moskva isə Butinaya qarşı səsləndirilən ittihamları saxta hesab edir. Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında telefon danışığı olub.

Xarici siyasət idarələrinin başçıları Mariya Butinanın Rusiyanın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılmasını müzakirə ediblər. Məlumata görə, Lavrov Rusiya vətəndaşının tezliklə azad edilməsini istəyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm