Pompeodan ŞOK BƏNZƏTMƏ: “İrana adi hökumət rəhbərlik etmir...”
Bizi izləyin

ABŞ

Pompeodan ŞOK BƏNZƏTMƏ: “İrana adi hökumət rəhbərlik etmir...”

Kaliforniyada Ronald Reyqan Fondunda çıxış edən ABŞ-ın dövlət katibi Mayk Pompeo İranın daxili və xarici syasətini sərt tənqid edib, ölkə rəhbərliyini korrupsiyada və insanın hüquqların pozulmasında günahlandırıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Dövlət Departamentinin rəhbəri İran hökumətini mafiya ilə müqayisə edib.

“İrana mafiya rəhbərlik edir, nəinki adi hökumət”, - o deyib.

Pompeo İran rəhbərliyinin hansı şirkətlərə və sərvətə malik olduğuna dair sübutlar səsləndirməyib. Amma qeyd edib ki, bu şirkətlərin müvəffəqiyyəti məhz ölkə hakimiyyətinin dəstəklədiyi korrupsiya nəticəsində mümkün olub.

“Onların fəaliyyəti ona gətirib çıxardı ki, sadə iranlılar iş tapa bilmirlər”, - dövlət katibi bildirib.

Bundan başqa, Pompeo bütün region üzrə, həmçinin ölkədə çoxsaylı insan hüquqlarının pozulmasında, terrorizm və zorakılığın dəstəklənməsində “İran rejimi”nin ünvanına ənənəvi ittihamlar səsləndirib.

Qeyd edək ki, ABŞ-ın Donald Tramp administrasiyası İran barəsində sərt kurs həyata keçirir. İranla nüvə sazişindən çıxan ABŞ İran hakimiyyətinə və ölkə şirkətlərinə qarşı daim sanksiyalar tətbiq edir.

Vaşinqtonda rəsmən bildirirlər ki, İranda hakimiyyət dəyişikliyinə nail olmaq niyyətində deyillər, amma ümid edirlər ki, ölkə hakimiyyəti və İran xalqı “düzgün seçim” edəcək. ABŞ 2018-ci ildə İranda etiraz aksiyalarını dəstəkləməklə əslində hakimiyyət dəyişikliyini istədiyini göstərmiş oldu.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm