Trampdan Ruhaniyə AĞIR SÖZLƏR: "Bir də bizimlə belə danışma, yoxsa..." - Müharibənin AYAQ SƏSLƏRİ
Bizi izləyin

ABŞ

Trampdan Ruhaniyə AĞIR SÖZLƏR: "Bir də bizimlə belə danışma, yoxsa..." - Müharibənin AYAQ SƏSLƏRİ

ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhaniyə "Bir də heç vaxt ABŞ-ı təhdid etmə, yoxsa tarixdə çox az adamın gördüyü nəticələrlə üzləşərsən" deyə bildirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Ruhani paytaxt Tehranda çıxış edərkən Tramp hakimiyyətinin İranın neft ixracını əngəlləmək səylərini tənqid edib. O bildirib ki, İranla sülh, sülhlərin anası, müharibə isə müharibələrin anasıdır.

Doland Tramp Tvitter hesabı üzərindən İran prezidentinin bu fikirlərinə "İran Prezidenti Ruhaniyə" başlığı ilə yazdığı statusla cavab verib:

“Bir də heç vaxt ABŞ-ı təhdid etmə, yoxsa tarixdə görünmənmiş, yaxud az adamın gördüyü nəticələrlə üzləşərsən. Artıq zorakılıq və ölüm təhdidlərinizə göz yumacaq ölkə deyilik. Diqqət et".

Xatırladaq ki, Ruhani İran xalqının ölkə təhlükəsizliyi və maraqları əleyhinə təxribata boyun əyməyəcəyini dilə gətirmiş və Trampının hakimiyyətini "yalançı zalım" kimi səciyyələndirmişdi.

İranın strateji vəziyyəti haqqında danışan Ruhani "Siyasətdən bir az anlayan insan İranın neft ixracına mane olacağıq deməz. Bir çox boğaz var. Hörmüz Boğazı bunlardan sadəcə biridir” , - deyə bildirmişdi.

Digər tərəfdən, ABŞ Xarici işlər naziri Mayk Pompeo İranın yüksək səviyyəli nümayəndələrini korrupsiyaya qarışdığına işarə edərək bunları deyib:

"Liderlər arasında korrupsiya və zənginlik səviyyəsi İranın bir hökumətdən çox, mafiyaya bənzər orqanlar tərəfindən idarə edildiyini göstərir".

Pompeo fikirlərinə belə davam edib:

“İran rejiminin İran xalqı üçün bir kabus olduğu məsələsində hamının həmfikir olduğunu düşünürəm".

İran xalqının üçdə birinin yoxsulluq içində yaşadığını bildirən Pompeo "Nüvə razılaşma prosesində İranın artırdığı neft gəlirləri İran xalqına gedə bilərdi. Bunun əvəzinə terrorçulara, diktatorlara və milislərə getdi" , - deyə bildirib.

İranın yüksək səviyyəli rəsmilərinin korrupsiyada günahlandıran Pompeo İran Məhkəmə Hakimiyyətinin rəhbəri Sadiq Laricani və İranın ruhani lideri Ayətullah Əli Xamneinin korrupsiya sayəsində əldə etdiyi kapitalın ən azı 300 milyon dollar dəyərində olduğunu iddia edib:

"Çox insan bilmir, amma Ayətullah Xameneinin Setad adı altında 95 milyard dollarlıq investisiya fondu var. Bu fonda vergi qoyulmur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm