“Doktor Qiyamət”dən DƏHŞƏTLİ PROQNOZ: “ABŞ batacaq, Rusiya və Türkiyə isə...”
Bizi izləyin

ABŞ

“Doktor Qiyamət”dən DƏHŞƏTLİ PROQNOZ: “ABŞ batacaq, Rusiya və Türkiyə isə...”

Dünyada iqtisadi böhranları dəqiq təxmin etdiyi üçün “Doktor Qiyamət” ləqəbi ilə məşhurlaşan isveçrəli Mark Faber yaxınlaşmaqda olan təhlükədən xəbər verib.

Publika.az
xəbər verir ki, “Gloom, BoomandDoom” (Parlama, Partlaşma və Çöküş) adlı proqnoz yayan Faber dünyada qlobal liderliyin dəyişəcəyini bildirib.

“Avropalılar asiyalılarla, asiyalılar da avropalılarla daha çox ticarət aparacaq və ABŞ-ı göməcəklər. ABŞ-ın iqtisadi gücü getdikcə zəifləyəcək, Çin və Hindistan qlobal liderliyi ələ alacaq. Digər qazanan tərəf isə Rusiya olacaq”, - deyə o iddia edib.

“Doktor Qiyamət” hesab edir ki, qlobal iqtisadi müharibəni başladan ABŞ son nəticədə məğlub olacaq: “Amerika ilə birlikdə iqtisadiyyatı pis olan Braziliya, Türkiyə və Argentina kimi ölkələr də itirən tərəf olacaqlar. 2008-ci ildən sonra gözlənilən qlobal böhran da bu ölkələrdən başlayacaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm