“Tramp İranla bağlı mənə dedi ki..” – Məsləhətçisi DETALLARI AÇDI
Bizi izləyin

ABŞ

“Tramp İranla bağlı mənə dedi ki..” – Məsləhətçisi DETALLARI AÇDI

“ABŞ prezidenti Donald Tramp söz verdi ki, İran yanlış hərəkətlərə yol verəcəyi halda, dünyanın yalnız bir neçə ölkəsinin ödədiyi əvəzi ödəyəcək”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun sözlərinə görə, bu barədə Tramp onunla söhbətində bildirib.

“Mən ötən həftə prezidentlə söhbət etdim. Prezident Tramp mənə dedi ki, əgər İran nəsə yanlışlığa yol versə, Yer kürəsinin yalnız bir neçə ölkəsinin ödədiyi əvəzi ödəyəcək”, - Ağ Evin mətbuat xidməti Boltonun sözlərini sitat gətirib.

ABŞ prezidenti bu gün Tvitter hesabında bildirib ki, İran ABŞ-ı hədələməyə davam edərsə, bunun nəticələrindən əziyyət çəkəcək.

Daha əvvəl isə İran prezidenti Həsən Ruhani Amerika liderini atəşlə oynamamağa çağırıb. O vurğulayıb ki, Tehran heç kimlə vuruşmur, amma İranın gücü zəhmlidir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm