Rusiyanın Ağ Ev və Konqresdəki agentləri - Adlar açıqlandı
Bizi izləyin

ABŞ

Rusiyanın Ağ Ev və Konqresdəki agentləri - Adlar açıqlandı

Son aylar ABŞ kəşfiyyatçıları Rusiyanın kiber hücumlarının və sosial şəbəkələrdəki anti-Amerika fəaliyyətinin zəiflədiyini müşahidə edirlər. ABŞ-da keçirilən 2016-cı il prezident seçkiləri ərəfəsindən fərqli olaraq indiki mərhələdə sistematik “kiber hücumlar”, onlayın oğurluqlar, habelə saxta elan və xəbərlərə rast gəlinmədiyi bildirilir.

Amerikalı mütəxəssislər bu dəfə hücumların az olmasının səbəbi kimi ABŞ-ın gözlənilən təhlükələrə yaxşı hazırlaşması və sosial şəbəkə şirkətlərinin Rusiyanın cəhdlərinə qarşı etibarlı təhlükəsizlik mühiti yarada bilməsini göstərirlər.

Lakin Qərb kəşfiyyat strukturları arasında Rusiyanın bu dəfə kiber hücumlar üçün kompüter proqramlarından istifadə etməyəcəyi, bunun əvəzinə real şəxslərlə bu hücumu həyata keçirə biləcəyi qənaətində olanlar var.

Ötən həftənin cümə günü Rusiyanın Qərb ölkələrinə müdaxilə cəhdləri mövzusunda çıxış edən Estoniya Xarici Kəşfiyyat Xidmətinin direktoru Mikk Marran “biz, siyasətçilər, qəzetçilər, diplomatlar və iş adamlarından ibarət olan Rusiya təsiri altında olan bir şəbəkə təsbit etmişik” fikrini işlədib.

Marran İllik Təhlükəsizlik Forumundakı çıxışı zamanı “bu şəxslərin konkret olaraq Rusiyanın istədikləri məsələni gündəmə gətirdiklərini görürük”, deyə bildirib.

Estoniya Xarici Kəşfiyyat Xidmətinin direktorunun bu açıqlaması Helsinkidə Donald Trampla Vladimr Putinin birgə kəşfiyyata dair açıqlama verdiyi ana təsadüf edib.

Tramp həmin açıqlamasında qeyd edib ki, Rusiyanın ABŞ-da keçirilən 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair Amerika kəşfiyyatının apardığı araşdırmalarla bağlı müəyyən suallar yaranıb. Halbuki Tramp Avropadan geri qayıtdıqdan sonra bu açıqlamasından imitna edib. Bir gün sonra CBS televiziya kanalında çıxışı zamanı öncədən hazırlanan açıqlamanı oxuyub.

Trampdan fərqli olaraq, ABŞ-ın ən məşhur kəşfiyyat və təhlükəsizlik mütəxəssisləri Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxilə etməsinə dair şərhlər verməkdə davam edirlər.

Xatırladaq ki, Rusiyanın ABŞ-da keçirilən 2016-cı il prezident seçkilərinə müdaxilə edib-etmədiyi məsələsini araşdıran xüsusi prokuror Robert Muller ötən həftə 12 rus kəşfiyyat nümayəndəsinə qarşı Demokrat Partiyasına aid kompüterlərin sisteminə hücum etdikləri üçün ittiham irəli sürüb. Xüsusi prokuror daha öncə Trampın seçki kampaniyasında vəzifə tutan Paul Manford və sabiq milli təhlükəsizlik müşaviri general Flynn haqqında ittihamla çıxış edib.

Araşdırman aparılmasına baxmayaraq, Estoniya kəşfiyyat rəsmiləri hələ də Rusiyanın hücumlarının əngəllənmədiyi qənaətindədir. Əksinə, onlar Kremlin illərdir yetişdirdiyi və sözdə “təsir agentləri” olaraq təqdim edilən şəxslərdən istifadə etdiyini bildirirlər.

“Bir neçə il əvvəl bəzi yerli siyasətçilər parlamentdə və hökumətdə yer alıb. Onlara neqativ yatırımlar edilib”,- Marran deyib.

O, əlavə edib ki, ruslar bu şəxslərə media və siyasət sahəsində güclü dəstək verib: “Bu şəxslərin bəzilərinin ehtiyaclarını ödəmələri üçün geniş imkanlar yaradıldı”.

Bununla belə kəşfiyyat direktoru siyasətçi, diplomat və ya jurnalistlərin adını çəkməkdən imtina edib.

NATO üzvü və ABŞ-ın müttəfiqi olan Estoniya ilk dəfə deyil ki, Rusiyanın “təsir agentlərinin” Qərbi Avropadakı fəaliyyətləri ilə bağlı xəbərdarlıqla çıxış edir.

ABŞ-ın Milli Kəşfiyyat Xidmətinin sabiq direktoru Ceyms Klapper Rusiyanın bu müdaxilələrinin Ağ evə qədər uzanmasının mümkünlüyünü dilə gətirib.

Ceyms Klapper CNN televiziyasında qatıldığı proqramda Prezident Trampın ABŞ kəşfiyyat qurumları ilə bağlı Helsinkidə verdiyi şərhlərə reaksiya verərkən “Mən hər zaman prezidentə olan şübhələri və teoriləri axtarırdım. Mən əldə edə biləcəyim ən yaxşı işi görmüşəm. Mən prezidentin Rusiyaya, xüsusən də Putinə olan münasibəti ilə bağlı narahatlığımı daim ifadə edirdim” fikrini işlədib.

Peşəkar kəşfiyyatçı Helsinki görüşündən sonra “artıq ruslar Trampla bağlı bir şeyəmi sahibdirlər, deyə düşünməyə başladım” dilə gətirib.

Bundan başqa, bəzi Konqres üzvlərinin də Rusiyanın tərəfini tutduqlarına dair dedi-qodular yaranıb.

Siyasətçi Bill Brovder bu qənaətdə olanlardan biridir. O, insan haqlarını pozan, korrupsiya ilə məşğul olan şəxslərə qarşı viza sanksiyanı nəzərdə tutan, habelə Rusiya hakimiyyət təmsilçilərinin aktivlərinin dondurulmasına imkan yaradan Maqnitski qanunun ən qatı tərəfdarıdır.

“ABŞ Konqresində Rusiyada maliyyələşdiyinə inandığım biri var. Bu, Kaliforniya Nümayəndələr Palatasının üzvü Dana Rohrabaçerdir. Bu şəxs Maqnitski qanununu geri çəkməyə və ya onun ətrafında dolaşmağı sevir”,- Brovder deyib.

O, əlavə edib ki, əlində bu iddiasını təsdiq edəcək pul transferlərinin qəbzləri yoxdur, amma onun Rusiyaya işlədiyinə inanır.

ABŞ-ın kəşfiyyat və təhlükəsizlik strukturkları da Rusiyanın “təsir agentlərinin” Amerika hökumətinə sızdığı şəklində ortaya atılan iddiaları şərh etməyi rədd edib.

Qeyd edək ki, "Nyu-York Times" qəzeti may ayında kəşfiyyatın Konqresdə Rusiyanın dostu olaraq tanınan Rohrabaçerə xəbərdarlıq etdiyini, 2012-ci ildən bu yana Kremlin bu şəxsi öz tərəfinə çəkmək məqsədilə cəhdlər göstərdiyini açıqlayıb.

"Vaşinqton Post" qəzeti isə 2016-cı ilin iyun ayında keçirilən xüsusi toplantıda Nümayəndələr Palatasındakı çoxluğun lideri Kevin Mccartinin “Respublika Partiyasının üzvlərindən iki şəxsə Putin tərəfindən ödəmə edildiyini düşünürəm. Tramp və Rohrabaçerə” açıqlamasını xatırladıb.

Cənab Kevin Mccartinin bu fikirləri işlətməsinə dair qeydləri mətbuata çıxdıqdan sonra özünün Respublikaçılar Partiyasının üzvü olduğunu xatırladaraq “o fikirlər pis bir zarafat idi. Buna kimsə inanmır” deyərək diqqəti üzərindən uzaqlaşdırıb (Teleqraf.com).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm