Trampdan Rusiyaya ŞOK İTTİHAM: “Növbəti seçkilərdə...”
Bizi izləyin

ABŞ

Trampdan Rusiyaya ŞOK İTTİHAM: “Növbəti seçkilərdə...”

Rusiya ABŞ-dakı növbəti prezident seçkilərində demokratların lehinə seçkilərə müdaxilə edə bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Tvitter hesabında bildirib.

“Rusiyanın növbəti seçkilərin nəticələrinə təsir etmək üçün səy göstərəcəyinə dair çox ciddi narahatlığım var. Rusiyaya qarşı məndən daha sərt bir prezidentin olmadığını nəzərə alsaq, onlar açıq şəkildə demokratlar dəstək verə bilərlər. Onlar Trampı qəti olaraq istəmirlər”, - Ağ Evin başçısı yazıb.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsi və prezident Trampın Rusiya ilə güman edilən əlaqələr müstəqil xüsusi prokuror Robert Müller, həmçinin ABŞ Konqresinin kəşfiyyat üzrə komitələri və Nümayəndələr Palatası tərəfindən araşdırılır.

Moskva isə ABŞ-dakı seçkilərə mümkün müdaxilə və prezident Trampın Rusiya ilə güman edilən əlaqələri barədə ittihamları əsassız hesab edir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm