ABŞ-da 4 azərbaycanlının hər birini 50 İL HƏBS GÖZLƏYİR : saxta firmalar, 4,5 milyon... – TƏFƏRRÜAT
Bizi izləyin

ABŞ

ABŞ-da 4 azərbaycanlının hər birini 50 İL HƏBS GÖZLƏYİR : saxta firmalar, 4,5 milyon... – TƏFƏRRÜAT

ABŞ-da 25 nəfər avtomobillərin satışında böyük dələduzluqda ittiham edilərək saxlanılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.

Nyu-Yorkun Cənub dairəsinin prokurorluğunun məlumatına görə, saxlanılanların əksəriyyəti post-sovet ölkələrinin vətəndaşlarıdır. İttiham edilənlər arasında Rusiyanın 7, Gürcüstanın 5, Azərbaycanın 4, Qazaxıstanın 3, Latviya və Ukraynanın isə hər birinin 2 vətəndaşı var. Digər 3 nəfər isə ABŞ və Türkiyə vətəndaşlarıdır.

On bir nəfər Nyu-Yorkda, digərləri isə Florida və Miçiqanda saxlanılıb. Daha 8 nəfər axtarışdadır.

İttihama görə, müttəhimlər avtomobillərin satışı haqqında saxta elanları yerləşdirir, daha sonra qurbanlardan behi alaraq gizlənirdilər. Bu məqsədlə onlar bir sıra saxta firmalar yaradıblar. İstehlakçılara vurulan zərər təxminən 4,5 milyon ABŞ dolları təşkil edib.

Cinayət işinin fiqurantlarından hər birini dələduzluq məqsədi ilə sözləşməyə 30 il, həmçinin çirkli pulların yuyulması məqsədi ilə sözləşməyə görə isə 20 il həbs cəzası gözləyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm