• USD 1,7000 0,00% EUR 1,8926 -0,34%
    • GBP 2,2757 -0,53% RUB 0,0271 0,00%

Tramp və Putinin növbəti görüşünün tarixi açıqlandı

  • ABŞ
  • 25 İyul 2018 23:22
Tramp və Putinin növbəti görüşünün tarixi açıqlandı

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp 2019-cu ildə görüşəcəklər.

Publika.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib.

Qeyd edilir ki, liderlərin görüşü “Rusiyanın müdaxiləsi” üzrə araşdırmanın tamamlanmasından sonra keçiriləcək.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsi və prezident Trampın Rusiya ilə güman edilən əlaqələr müstəqil xüsusi prokuror Robert Müller, həmçinin ABŞ Konqresinin kəşfiyyat üzrə komitələri və Nümayəndələr Palatası tərəfindən araşdırılır.

Moskva isə ABŞ-dakı seçkilərə mümkün müdaxilə və prezident Trampın Rusiya ilə güman edilən əlaqələri barədə ittihamları əsassız hesab edir.

Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri arasında ilk tam formatlı görüş iyulun 16-da Helsinkidə keçirilib.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR