“Uzunmüddətli perspektivdə...” – ABŞ-dan Çinlə bağlı HƏYƏCAN TƏBİLİ
Bizi izləyin

ABŞ

“Uzunmüddətli perspektivdə...” – ABŞ-dan Çinlə bağlı HƏYƏCAN TƏBİLİ

Çin qarşıdakı illərdə ABŞ-ın əsas rəqibidir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Konqresdə keçirilən dinləmələrdə bildirib.

Dövlət katibi senator Marko Rubioya müraciət edərək bildirib ki, ABŞ İkinci dünya müharibəsindən sonra ilk dəfə bərabər bir rəqiblə yarışır. Onun sözlərinə görə, Çin uzunmüddətli perspektivdə ABŞ-ın təhlükəsizliyi üçün ən ciddi təhdiddir.

Dövlət Departamentinin başçısı qeyd edib ki, administrasiya bu problemə kompleks cavabın hazırlanması ehtiyacını anlayır.

“Yalnız ABŞ deyil, bütün Qərb Çinin inkişafına çox yavaş reaksiya verdi. Amma düşünmürəm ki, bu gün buna hərtərəfli cavab verə bilən struktur var”, - dövlət katibi deyib.

Qeyd edək ki, Pekin və Vaşinqtonun münasibətləri son zamanlar ABŞ-ın Çindən idxal olunan məhsullara gömrük rüsumlarını tətbiq etməsi ilə kəskinləşib. ABŞ bu qərarı bərabərhüquqlu ticarət və milli təhlükəsizlik maraqları ilə əsaslandırır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm