ABŞ və Avropa İttifaqı razılaşdı – DETALLAR
Bizi izləyin

ABŞ

ABŞ və Avropa İttifaqı razılaşdı – DETALLAR

ABŞ və Avropa İttifaqı ticarət rüsumları və baryerlərin tam ləğvi üzərində işləməyə razılaşdı.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Amerika lideri Donald Tramp Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerlə Ağ Evdə danışıqların nəticəsinə görə keçirilən mətbuat konfransında bildirib.

Razılaşmaya əsasən, tərəflər ticarət mübahisələrinin qəti həlli üzrə danışıqların keçirilməsinə qədər yeni məhdudiyyətlərin tətbiqindən çəkinəcəklər. Mübahisələrin aradan qaldırılması üçün ticarət münasibətləri üzrə işçi qrup yaradılacaq. Trampın sözlərinə görə, heç kimin gözləmədiyi halda mühüm irəliləyişə nail olundu.

Ağ Evin başçısı bildirib ki, Avropa Komissiyasının başçısı Avropa İttifaqının ABŞ-dan mayeləşdirilmiş təbii qaz və kənd təsərrüfatı məhsullarının idxalını artırmaqla bağlı niyyətini ifadə edib.

Öz növbəsində, Jan-Klod Yunker də bildirib ki, Avropa İttifaqı və ABŞ energetika sahəsində əməkdaşlığı gücləndirməyə razılaşdı.

“Biz energetika sahəsində əməkdaşlığı gücləndirməyə qərar verdik. Avropa İttifaqı ABŞ-dan mayeləşdirilmiş təbii qazın idxalı üçün daha çox terminal tikəcək”, - Avropa Komissiyasının başçısı qeyd edib.

Qeyd edək ki, ABŞ martın sonunda Avropa İttifaqı, Kanada və Meksikadan idxal edilən polad və alüminiuma gömrük rüsumlarını (müvafiq olaraq 25 və 10 faiz) tətbiq edib. Yeni qaydalar iyunun 1-dən qüvvəyə minib. Avropa Komissiyası Birləşmiş Ştatlardan bir sıra malların idxalına 25 faizlik rüsumların tətbiqi ilə cavab verib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm