Tramp-Putin görüşünün təfərrüatları niyə sirr kimi saxlanılır? – RƏSMİ CAVAB
Bizi izləyin

ABŞ

Tramp-Putin görüşünün təfərrüatları niyə sirr kimi saxlanılır? – RƏSMİ CAVAB

ABŞ-ın dövlət katibi Mayk Pompeo Senatın xarici işləri üzrə komitəsində keçirilən dinləmələrin gedişatında ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin arasındakı görüşün təfərrüatlarının açıqlanmamasına aydınlıq gətirib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, onun sözlərinə görə, belə qərar gələcəkdə danışıqlara qayıtmaq və irəliləməyə nail olmaq imkanını əldə saxlamaq üçün qəbul edilib.

Qeyd edək ki, Tramp və Putin arasında görüş iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə keçirilib.

Dünən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib ki, Vladimir Putin və Donald Tramp 2019-cu ildə görüşəcəklər. Onun sözlərinə görə, liderlərin görüşü “Rusiyanın müdaxiləsi” üzrə araşdırmanın tamamlanmasından sonra keçiriləcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm