• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Rusiyaya NÖVBƏTİ ZƏRBƏ: “İlin sonuna kimi...”

  • ABŞ
  • 27 İyul 2018 00:50
Rusiyaya NÖVBƏTİ ZƏRBƏ: “İlin sonuna kimi...”

ABŞ Konqresi noyabr ayında keçiriləcək aralıq seçkilərinə qədər Rusiya barəsində sanksiyalarının genişləndirilməsini nəzərdə tutan qanun layihəsini bəyənəcək.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Senatın xarici işlər üzrə komitəsinin sədri, Tennessi ştatından respublikaçı senator Bob Korker bildirib.

“Böyük ehtimalla, Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsi bu ilin sonuna qədər qəbul ediləcək”, - senator deyib.

Qeyd edək ki, iyunun 24-də yayılan xəbərə görə, ABŞ-ın Respublikaçılar Partiyasından senator Lindsi Qrem və onun demokrat həmkarı Bob Menendes Rusiyaya sanksiyalar yolu ilə təzyiqin gücləndirilməsi üzrə qanun layihəsinin üzərində işə başlayıb.

Senatorlar bildiriblər ki, onlar Rusiyanın təcavüzünə qarşı Konqresin aktiv rolunun saxlanılmasına sadiqdirlər.

Dərc edilmiş sənəddə aydınlaşdırılır ki, qanun layihəsi xüsusi halda, Rusiyanın energetika və maliyyə sektoru, Rusiya oliqarxları və müəssisələrinə qarşı sanksiyaların gücləndirilməsi, Rusiyanın suveren borcuna qarşı sanksiyaların tətbiqi və Rusiya təhdidlərinə operativ münasibət göstərmə üzrə Milli Mərkəzinin yaradılması əksini tapıb.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsi və prezident Trampın Rusiya ilə güman edilən əlaqələr müstəqil xüsusi prokuror Robert Müller, həmçinin ABŞ Konqresinin kəşfiyyat üzrə komitələri və Nümayəndələr Palatası tərəfindən araşdırılır.

Moskva isə ABŞ-dakı seçkilərə mümkün müdaxilə və prezident Trampın Rusiya ilə güman edilən əlaqələri barədə ittihamları əsassız hesab edir.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR