ABŞ Senatından Türkiyəyə qarşı ŞOK QƏRAR
Bizi izləyin

ABŞ

ABŞ Senatından Türkiyəyə qarşı ŞOK QƏRAR

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komissiyası Türkiyənin beynəlxalq valyuta fondlarından kredit almasını məhdudlaşdıran qərar qəbul edib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərar səbəb olaraq amerikalı rahib Andrey Kreyk Brunsonun həbsdə saxlanılması göstərilir.

Qanun layihəsi 6 senator tərəfindən hazırlanıb. Respublikaçı və demokrat senatorların hazırladıqları qanun layihəsi “Türkiyə Beynəlxalq Maliyyə Təşkilatları Aktı” adlanır. Qanun layihəsində Dünya Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyində olan amerikalılara, humanitar məqsədlər istisna olmaqla, Türkiyəyə kredit verilməsinə qarşı çıxmaları üçün təlimat verilir.

Xatırladaq ki, Türkiyə FETÖ və PKK terrorçuları ilə əlaqədə ittiham edilərək saxlanılan amerikalı rahib Andrey Kreyk Brunsonu həbsxanadan buraxılıb. İyulun 26-da İzmir 2-ci Ağır Cəza Məhkəməsi 35 il həbsi istənilən rahibin ev həbsinə qərar verib.

Eyni zamanda onun ölkə xaricinə çıxması qadağan edilib.

ABŞ rahibin tamamilə azad edilməsini tələb edir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm