ABŞ-dan Türkiyəyə qarşı XAİN F-35 GEDİŞİ: Tramp imzalasa...
Bizi izləyin

ABŞ

ABŞ-dan Türkiyəyə qarşı XAİN F-35 GEDİŞİ: Tramp imzalasa...

ABŞ-ın Nümayəndələr Palatası F-35 döyüş təyyarələrinin Türkiyəyə satışının ləğvi ilə bağlı qanun layihəsini qəbul edib.

Publika.az
xəbər verir ki, yeni qanun ABŞ prezidenti Donald Trampa Rusiyadan silah alan ölkələrə Amerika silahının satışın qadağan edilməsi səlahiyyəti də verir.

Qanun layihəsinin gələn həftənin sonunda Senatda müzakirə ediləcəyi gözlənilir. Senat layihəni qəbul edərsə, imzalanması üçün Trampa təqdim olunacaq. Tramp layihəni imzalayandan sonra qanun qüvvəyə minəcək.

Qeyd edək ki, Senatın xarici əlaqələr komitəsi Türkiyədə həbsdə olan amerikalıları əsas götürərək hazırladığı və Türkiyənin beynəlxalq təşkilatlardan kredit almasını məhdudlaşdıran qanun layihəsini də qəbul edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm