Pentaqon başçısından Türkiyə AÇIQLAMASI
Bizi izləyin

ABŞ

Pentaqon başçısından Türkiyə AÇIQLAMASI

Prezident Donald Trampın Türkiyəyə sanksiya təhdidi hərbi əlaqələrə təsir etməyib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin başçısı Ceyms Mettis bildirib.

Onun sözlərinə görə, Türkiyə və ABŞ arasında hərbi əlaqələr yaxşı səviyyədədir.

Qeyd edək ki, dünən ABŞ-ın prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin Türkiyə ilə bağlı təhdid xarakterli bəyanatlar səsləndirib. Donald Tramp və Mayk Pens bir-birinin ardınca bildiriblər ki, amerikalı rahib Andrey Kreyk Brunson tamamilə azad edilməyəcəyi halda, Türkiyəyə qarşı sanksiyalar tətbiq olunacaq.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cavabında bildirib ki, Türkiyəyə kimsə əmr verə bilməz. Bu gün isə Türkiyə parlamentinin sədri Binəli Yıldırım qeyd edib ki, Türkiyədən təhdid dili ilə nəsə tələb etmək mümkün deyil.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm