• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

“ABŞ İranda hakimiyyət dəyişikliyini…” - Pentaqon

  • ABŞ
  • 27 İyul 2018 21:41
“ABŞ İranda hakimiyyət dəyişikliyini…” - Pentaqon

ABŞ İranda hakimiyyət dəyişikliyini hədəfləməyib.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis bildirib.

“Belə bir hədəf yoxdur. Onların hərbi potensialı nəzərə alınaraq sadəcə bir sıra təhdidlərə dair davranışları dəyişməlidir”, - Pentaqonun rəhbəri deyib.

Xatırladaq ki, 2015-ci ildə İran və beynəlxalq vasitəçilər (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) İranın nüvə probleminin nizama salınması haqqında sənədi imzalayıblar. İştirakçılar Birgə hərtərəfli İş Planı qəbul edib. Sənədin icrası İrana qarşı tətbiq edilən iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tuturdu.

ABŞ prezidenti Donald Tramp isə sazişi dəfələrlə tənqid edib və “ABŞ tarixinin ən pis razılaşması” adlandırıb. Bu ayın 8-də isə Tramp ABŞ-ın razılaşmadan çıxışını elan edib və İrana qarşı sanksiyaların bərpasına dərhal başlamaq barədə göstəriş verib.

Tramp yalnız əvvəlki sanksiyaları qaytarmağa deyil, həm də yeni məhdudlaşdırıcı addımlar atmağa söz verib.

Ömər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR