ABŞ Rusiya şirkətini “qara siyahı”dan çıxarır
Bizi izləyin

ABŞ

ABŞ Rusiya şirkətini “qara siyahı”dan çıxarır

ABŞ prezidenti Donald Tramp administrasiyası Rusiyanın “Rusal” şirkətinin sanksiyalar siyahısından çıxarılması ideyasına baxır.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın maliyyə naziri Stiven Mnuçina istinadən CNN televiziya şirkəti bildirib.

Mnuçin qeyd edib ki, Tramp administrasiyası ötən ilin yayında Konqres tərəfindən qəbul edilmiş qanuna tabe olaraq “Rusal”ı sanksiyalar siyahısına daxil etməyə məcbur olmuşdu.

“Hədəf “Rusal”ın səylə işləyən əməkdaşları deyildi, hədəf oliqarxlara təsir göstərmək idi”, - Maliyyə Nazirliyinin başçısı əlavə edib.

Maliyyə naziri daha əvvəl bildirmişdi ki, “Rusal” dünyanın alüminium bazarında mühüm rol oynayır. Bundan başqa, onun sözlərinə görə, konsernin rəhbərliyi Amerika hakimiyyətinin tələbləri ilə razılaşıb. Oleq Deripaskinin şirkət üzərində nəzarətdən imtinası ABŞ-ın əsas tələblərindən idi. “Kreml məruzəsi”nə adı salınan Oleq Deripaski cari ilin mayında şirkətin Direktorlar Şurasının tərkibindən çıxıb.

ABŞ “Rusal”, həmçinin Oleq Deripaskiyə qarşı aprelin 6-da sanksiyalar tətbiq etmişdi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm