ABŞ
Putin və Tramp təkbətək görüşə bilməyəcək – Konqresdən HƏMLƏ
ABŞ Konqresi prezident Donald Trampla Rusiya prezidenti Vladimir Putinin təkbətək görüşünün keçirilməsinə qarşı çıxır.
Publika.az “Russian Today” telekanalının saytına istinadən xəbər verir ki, Konqresə iki dövlət başçısının “istənilən gələcək gizli görüşlərinə” qarşı qətnamə layihəsi daxil edilib.
Sənəddə həmçinin deyilir ki, Tramp Helsinki sammitində Putinlə əldə olunan istənilən razılaşmaları Konqreslə uyğunlaşdırmalıdır.
“Konqresin Nümayəndələr Palatası ABŞ və Rusiya prezidentləri arasında istənilən gələcək gizli görüşlərə qətiyyətlə qarşı çıxır, həmçinin ABŞ prezidentini Helsinki sammitində Putinlə əldə olunan istənilən razılaşmaları Konqresə təqdim etməyi və müzakirəyə çıxarmağa çağırır”, - Konqresə daxil edilmiş qətnamə layihəsində deyilir.
Sənəddə qeyd edilir ki, Rusiya tərəfi Putin və Tramp arasında əldə olunan razılaşmaların Kremlin maraqlarına cavab verdiyini açıqlayıb.
“Rusiya bildirir ki, razılaşmalar Kremlin maraqlarına cavab verir. Halbuki, ABŞ prezidenti bunları milli təhlükəsizlik üzrə öz məsləhətçiləri, Konqres və Amerika xalqı ilə uyğunlaşdırmadı”, - vurğulanır.
Qətnamə demokrat konqresmen Şeyla Cekson Li tərəfindən hazırlanıb.
Qeyd edək ki, Helsinki görüşü iyulun 16-da keçirilib.
Ömər
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı