Tramp Konqresi hökumətin işini dayandırmaqla hədələdi
Bizi izləyin

ABŞ

Tramp Konqresi hökumətin işini dayandırmaqla hədələdi

ABŞ prezidenti Donald Tramp Konqresi sərhədlərin təhlükəsizliyinə səs verməyəcəkləri halda, hökumətin işini dayandıracağı ilə təhdid edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Tramp bu haqda tvitter hesabında yazıb.

“Demokratların Konqresdə sərhədin qorunması barədə qanun layihəsinə səs verməyəcəkləri halda federal hökumətin fəaliyyətini dayandırmağa məcbur olacağam. Nəhayət, xidmətlərə əsaslanan immiqrasiya sisteminə keçməliyik. Bizə lazımdır ki, ölkəyə nüfuzlu insanlar gəlsinlər”, - Ağ Evin başçısı qeyd edib.

ABŞ prezidenti həmçinin tvitter hesabında yazıb ki, ABŞ-ın miqrasiya qanunları dünyanın ən səfeh qanunlarıdır.

“Sərhədimizi qanunsuz keçən miqrantları uşaqlarının olub-olmamasına görə müxtəlif cəzalar gözləyir. Məgər, bu miqrantlar uşaqları öz cılız məqsədləri üçün istifadə etmirlər?” - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, qanunsuz immiqrasiyanın qarşısının alınması üçün Meksika ilə sərhəddə divarın tikintisi Trampın əsas seçkiqabağı vədlərindən biri idi. Sözügedən qanun layihəsi də Meksika ilə sərhəddə divar tikintisini nəzərdə tutur. Tramp Meksikadan ABŞ-a qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün bu divarın tikilməsini vacib sayır və seçki kampaniyasında da sərhəd nəzarətini gücləndirəcəyini vəd edib. Tramp Meksika ilə sərhəddə divar tikilməsi barədə fərmanı hələ andiçmə mərasimindən 5 gün sonra imzalayıb. Ancaq Konqres indiyə qədər sərhəddə divarın tikintisi üçün lazımi vəsaitin ayrılmasını dəstəkləməyib.

Prezident hesab edir ki, 12 milyona qədər qeyri-qanuni miqrant "cinayətkar"dır və onları aşkarlayaraq deportasiya etmək lazımdır. Eyni zamanda həmin miqrantları cəmiyyət və ölkənin milli təhlükəsizliyi üçün risk sayır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm