Avropa İttifaqı ABŞ-la razılığa gələcəkmi?
Bizi izləyin

ABŞ

Avropa İttifaqı ABŞ-la razılığa gələcəkmi?

"Polad idxalına qoyulan əlavə gömrük vergisi ləğv edilə bilər".

Publika.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Larri Kudlo deyib. O bildirib ki, ABŞ danışıqları öz xeyrinə çevirə bilsə, polad idxalı ilə bağlı mövcud əlavə gömrük rüsumları ləğv edilə bilər:

“ABŞ prezidenti Donald Trampın qərarı olduğu üçün çox dərin müzakirə etmək istəmirəm. Lakin unutmaq olmaz ki, Avropadan idxal edilən polad və avtomobillərlə bağlı yenisdən hər hansı bir əlavə rüsumlar tətbiq edilməyəcək. Əgər AB ilə razılaşma olarsa, bu, bir neçə mərhələdən ibarət olacaq".

Xatırladaq ki, sözügedən mövzu ətarfında ABŞ Prezidenti Donald Tramp daha öncə Avropa Komissiyasının sədri Jan Klod-Yunker ilə danışıqlar aparmışdı. "Ağ Ev"dən görüşlə bağlı verilən məlumata görə isə, hər iki tərəf danışıqları yüksək qiymətləndirib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm