“New York Times”dan Trampa etiraz
Bizi izləyin

ABŞ

“New York Times”dan Trampa etiraz

ABŞ prezidenti Donald Trampın jurnalislər haqqında “xalq düşməni” ifadəsi işlətməsi etiraza səbəb olub.

Publika.az xəbər verir ki, “New York Times” qəzetinin naşiri Artur Gregg Sulzberqer ABŞ prezidenti Donald Trampla görüşündə onun dili ilə bağlı qayğılarını dilə gətirdiyini bildirib.

A.Sulzberq isə Trampın ifadəsinə qarşılıq olaraq, bunun mediaya qaşrı şiddət yarada biləcəyini deyib. Trampın istifadə etdiyi dilə toxunan Sulzberq bu dilin mediaya qarşı şiddəti təşviq etdiyini əlavə edib.

“Başkana bir çox həyatı riskə aid məslədə və ölkəmizin demokratik dəyərlərinin zərər görə biləcəyi ilə bağlı xəbərdarlıq etdim.Onun ifadələrinə görə çox sayda təhdidə məruz qaldığımızı bildirdim. Hətta silahlı mühafizəçi tutmaq məcburiyyətində olduğunu dedim. O da bu günə qədər nə üçün silahlı mühafizəçilərimizin olmadığına təəccübləndiyini dedi”.

Tramp Ağ evdə Sulzberqi qəbul edib, görüşəndən sonra Tviter hesabında əvvəlcə “çox gözəl bir görüş idi”, daha sonra yalan xəbərləri “xalq düşməni” olaraq şərh edib.

ABŞ Prezidenti yalan xəbərlərlə bir çox insanın həyatının riskə atıldığını bildirib.

“Tramp sindormu xəstəliyinə tutulmuş media hökumətimizin gizli yazışmalarını ifşa edəndə təkcə jurnalistlərin deyil, bir çox insanın həyatı təhlükə qarşısında qoyacaq. Heç vətənsevərlik deyil. Media müstəqilliyi və xəbərləri çatdırma məsuliyyəti birlikdə olmalıdır”-deyə, əlavə edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm