Trampdan Konqresə növbəti TƏHDİD: “Mənim üçün problem olmayacaq”
Bizi izləyin

ABŞ

Trampdan Konqresə növbəti TƏHDİD: “Mənim üçün problem olmayacaq”

ABŞ prezidenti Donald Tramp Konqresi növbəti dəfə hökumətin işini dayandıracağı ilə təhdid edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, prezident Konqresdən sərhədlərin təhlükəsizliyinə səs verməsini tələb edib.

“Əgər Konqressin üzvləri ölkənin sərhədlərinin mühafizəsi üzrə qanunları dəstəkləməsə, hökumətin bağlanması mənim üçün problem olmayacaq”, - Tramp jurnalistlərə deyib.

Xatırladaq ki, ABŞ prezidenti analoji təhdidi ötən gün də səsləndirib.

“Demokratların Konqresdə sərhədin qorunması barədə qanun layihəsinə səs verməyəcəkləri halda, federal hökumətin fəaliyyətini dayandırmağa məcbur olacağam. Nəhayət, xidmətlərə əsaslanan immiqrasiya sisteminə keçməliyik. Bizə lazımdır ki, ölkəyə nüfuzlu insanlar gəlsinlər”, - Ağ Evin başçısı qeyd edib.

ABŞ prezidenti həmçinin tvitter hesabında yazıb ki, ABŞ-ın miqrasiya qanunları dünyanın ən səfeh qanunlarıdır.

Qeyd edək ki, qanunsuz immiqrasiyanın qarşısının alınması üçün Meksika ilə sərhəddə divarın tikintisi Trampın əsas seçkiqabağı vədlərindən biri idi. Sözügedən qanun layihəsi də Meksika ilə sərhəddə divar tikintisini nəzərdə tutur. Tramp Meksikadan ABŞ-a qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün bu divarın tikilməsini vacib sayır və seçki kampaniyasında da sərhəd nəzarətini gücləndirəcəyini vəd edib. Tramp Meksika ilə sərhəddə divar tikilməsi barədə fərmanı hələ andiçmə mərasimindən 5 gün sonra imzalayıb. Ancaq Konqres indiyə qədər sərhəddə divarın tikintisi üçün lazımi vəsaitin ayrılmasını dəstəkləməyib.

Prezident hesab edir ki, 12 milyona qədər qeyri-qanuni miqrant "cinayətkar"dır və onları aşkarlayaraq deportasiya etmək lazımdır. Eyni zamanda həmin miqrantları cəmiyyət və ölkənin milli təhlükəsizliyi üçün risk sayır.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm