Tramp Ruhani ilə görüşə hazır olduğunu bəyan etdi
Bizi izləyin

ABŞ

Tramp Ruhani ilə görüşə hazır olduğunu bəyan etdi

ABŞ prezidenti Donald Tramp istənilən vaxt İran lideri Həsən Ruhani ilə şərtlərsiz görüşməyə hazır olduğunu deyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin başçısı bu haqda jurnalistlər qarşısında çıxışında bildirib.

“Mən bu görüşə inanıram. Əgər onlar bunu istəyərlərsə, mən şübhəsiz ki, İran rəhbərliyi ilə görüşərdim. Görüşlərin səmərəliliyinə inanıram. Onların təşəbbüslə çıxış etdiyi təqdirdə istənilən vaxt görüşməyə hazıram. Heç bir ilkin şərt olmadan. Amma mən əmin deyiləm ki, onlar buna hazırdır. İndi onlarda vəziyyət mürəkkəbdir”, - ABŞ prezidenti vurğulayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm