Tramp Rusiyanın hücumlarından müdafiə üçün 15 milyard tələb etdi
Bizi izləyin

ABŞ

Tramp Rusiyanın hücumlarından müdafiə üçün 15 milyard tələb etdi

ABŞ prezidenti Donald Trampın administrasiyası kiberməkanda təhlükəsizliyin təmin olunması üçün növbəti ilə 15 milyard dollar tələb edib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın vitse-prezidenti Mayk Pens Nyu-Yorkda ölkənin Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən təşkil edilmiş kibertəhlükəsizlik məsələləri üzrə forumda bildirib.

"Administrasiyamız kiberməkanda təhlükəsizliyin saxlanılmasına təxsisatın ayrılmasını təmin etdi. İşin birinci ili ərzində rəqəmli təhlükəsizliyin təminatına 1,2 milyard dollar əlavə pul ayırdıq. Administrasiyamız kiberməkanda Amerika sərhədlərinin mühafizəsinə rekord dərəcədə - 15 milyard dollar tələb etdi”, - Pens qeyd edib.

Vitse-prezident Rusiyanı kiberməkanda ABŞ-ın rəqiblərindən biri adlandırıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm