ABŞ-dan Türkiyədə qarşı XAİN ADDIM - Senat TƏSDİQLƏDİ
Bizi izləyin

ABŞ

ABŞ-dan Türkiyədə qarşı XAİN ADDIM - Senat TƏSDİQLƏDİ

ABŞ Senatı 2019-cu il maliyyə ili üçün müdafiə büdcəsini qəbul edib.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, 717 milyard dollarlıq büdcəyə 87 senator səs verib, 10-u isə qarşı çıxıb.

Müdafiə büdcəsi həmçinin "F-35" beşinci nəsil qırıcılarının Türkiyəyə təslimatına qadağa qoyulmasını nəzərdə tutur.

Daha əvvəl isə Nümayəndələr Palatası müdafiə büdcəsi layihəsinə səs vermişdi. Senatın da qəbul etməsindən sonra qərarın qüvvəyə minməsi üçün tək mərhələ - prezident Donald Trampın imzalaması qalıb. Trampın imzalaması halında, Türkiyəyə "F-35" sanksiyası da rəsmiləşəcək.

Sanksiya qərarı 717 milyard dollarlıq müdafiə büdcəsi layihəsinə daxil olduğu üçün, Trampın ona veto qoyması çətin görünür. Bununla belə, ABŞ-ın qanunvericilik sistemində belə qərarlar prezidentin imza mərhələsində olsa da, Konqresin razılığı ilə dəyişdirilə bilər.

Ancaq ABŞ-ın iki türk nazirə sanksiyalar tətbiq etməsi fonunda, "F-35" qadağasının yumşalması qeyri-mümkün görünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm